Bakı. Trend:
Bu ilin birinci yarımilində “PAŞA Bank” ASC-nin xalis mənfəətinin azalması əsasən faiz xərclərinin artması ilə əlaqədardır.
Trend xəbər verir ki, bunu 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfransında “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
"Ötən il bankın marjası 6.6%-dən 5.5%-ə enmişdi, bu ilin ilk 6 ayında isə bu göstərici 5.5%-dən 4.7%-ə enib", - deyə o qeyd edib.
Xəbər yenilənəcək