...

Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borcları azalıb

İqtisadiyyat Materials 16 Oktyabr 2025 10:07 (UTC +04:00)
Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borcları azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-i tarixinə dövlət şirkətlərinin Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş borcları 10,727 milyard manat və ÜDM-in 8,3 faizini təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan məbləğin 87,6 faizi xarici valyutada (5,526 milyard ABŞ dolları),12,4 faizi isə milli valyutada (1,332 milyard manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş borclarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 786,7 milyon manat azalıb.

"Azərbaycan Respublikası adından verilmiş dövlət zəmanətləri əsasən dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Uzunmüddətli mitiqasiya tədbiri olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı iləyaradılmış “Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxslərin idarəetməsinə verilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin idarəolunması sisteminin təkmilləşdirilərək korporativ idarəetmə standartlarının tətbiq edilməsi,gəlir və xərclərinə nəzarətin gücləndirilməsi, risklərin optimallaşdırılması yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılır", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti