...

Levandovski "Barselona"dan gedir

İdman Materials 16 Oktyabr 2025 12:14 (UTC +04:00)
Levandovski "Barselona"dan gedir

Bakı. Trend:

"Barselona"nın futbolçusu Robert Levandovski klubdan ayrılmağa yaxındır.

Trend bu barədə İspaniya KİV-ə istinadən xəbər verir.

Kataloniya təmsilçisi mövsümün sonunda azad agent olacaq polşalı hücumçu ilə müqaviləni yeniləməmək qərarına gəlib .

“Fənərbaxça” 37 yaşlı polşalı forvard üçün sərfəli şərtlərlə müqavilə təklif etməyə hazırlaşır. Səudiyyə Ərəbistanı klubları da Levandovski ilə maraqlanırlar. Lakin futbolçunun özü hazırda karyerasını həmin ölkədə davam etdirməyə hazır deyil.

Levandovski 2025/2026 mövsümündə bütün turnirlərdə klubun heyətində 9 oyuna çıxıb, 4 qol vurub.

Xəbər lenti

Xəbər lenti