...

Maliyyə Nazirliyi yerli banklarda 10 milyard manatdan çox depozit yerləşdirib

İqtisadiyyat Materials 16 Oktyabr 2025 09:57 (UTC +04:00)
Maliyyə Nazirliyi yerli banklarda 10 milyard manatdan çox depozit yerləşdirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprel ayından etibarən vahid xəzinə hesabına sərbəst qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanılıb.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ilin aprel-oktyabraylarında təşkil olunmuş 22 depozit hərracında 10,4 milyard manat məbləğində vəsaitin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.

Məlumata görə, yerləşdirilən vəsait müqabilində 76,9 milyon manat faiz gəliri hesablanıb. Eyni zamanda qeyd edilib ki, həmin faiz gəlirinin vaxtı çatmış 66,6 milyon manatı dövlət büdcəsinə ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti