...

Kəlbəcərin 1-ci yaşayış məhəlləsi üzrə Baş planının hazırlanmasına başlanılır

İqtisadiyyat Materials 16 Oktyabr 2025 12:37 (UTC +04:00)
Kəlbəcərin 1-ci yaşayış məhəlləsi üzrə Baş planının hazırlanmasına başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcər rayonun 1-ci yaşayış məhəlləsi üzrə Baş planının hazırlanmasına başlanılır.

Trend-in məlumatına görə, görüləcək işlər çərçivəsində eyni zamanda yaşayış binalarına müəllif nəzarəti xidməti həyata keçiriləcək.

Belə ki, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, instituta 223 020 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu 2010-cu ildə dövlət qeydiyyatına alınıb. İnstitutun qanuni təmsilçisi İsbatov İlqar Aydın oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti