...

Sosial xidmət müəssisələrində daimi dövlət himayəsində yaşayan əlil uşaqların sayı məlum olub

Gündəm Materials 16 Oktyabr 2025 15:24 (UTC +04:00)
Sosial xidmət müəssisələrində daimi dövlət himayəsində yaşayan əlil uşaqların sayı məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində hazırda 289 uşaq daimi dövlət himayəsində yaşayır.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 200-ü oğlan, 89-u qızdır. Bundan əlavə, 35 uşaq müəssisələrin yarımstasionar xidmətlərindən yararlanır.

Hər iki müəssisədə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun 5-18 yaşlı təhsilə cəlb olunmayan əlilliyi olan uşaqların sosial reabilitasiyalarının təşkili məqsədilə stasionar və yarımstasionar (günərzi) formada xidmətlər göstərilir. Xidmətlər uşaqların sosial reabilitasiyasına, gündəlik həyat bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına yönəlib.

Burada sakinlər daimi olaraq yaşamaqla qida, geyim və lazımi tibb xidməti ilə təmin olunublar. Uşaqlar müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmətlərə cəlb olunurlar, onların abilitasiyası və reabilitasiyası həyata keçirilir.

Uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fiziki tərbiyəsi və sair istiqamətlərdə də işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti