Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 464 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, eləcə də 98 144 fərdi sahibkar fəaliyyət göstərib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə müvafiq olaraq 379 vahid (7,4%) və 4 758 vahid (5,1%) artım deməkdir.
Belə ki, hesabat dövründə mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 4 077, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 947 nəfər olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%-i və 0,5%-i deməkdir.
Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 240 (ümumi saya görə, 2%), Şərqi Zəngəzur iqtisadi rayonunda 57 (ümumi saya görə, 0,5%) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 104 (ümumi saya görə, 2,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 21 (ümumi saya görə, 0,5%) olub. Eyni zamanda hesabat dövründə Qarabağ iqtisadi rayonunda 13 (ümumi saya görə, 1,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,5%) iri sahibkarlıq subyekti qeydə alınıb.
1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 91 009 (ümumi saya görə, 6,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 7 135 (ümumi saya görə, 0,5%) fərdi sahibkar fəaliyyət göstərib.