Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu bu ilin yanvar-sentyabr aylarında 4 590 layihəhin maliyyələşdirilməsinə 249,1 milyon manat güzəştli kredit verib.
Trend bu barədə Sahibnkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.
Məlumata görə, verilmiş kreditlər hesabına 3 500 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Azərbaycan Biznesinin İnkişafı Fondu Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı fərman əsasında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi ilə yaradılıb.