...

Bu il Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yükün həcmi açıqlandı

İqtisadiyyat Materials 16 Oktyabr 2025 14:16 (UTC +04:00)
Bu il Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yükün həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitəsilə 1,736 milyard ABŞ dolları dəyərində 1,697 milyon ton yük daşınıb.

Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 131 milyon ABŞ dolları, yəni 7 faiz az, həcm ifadəsində isə 433 min ton, yəni 20 faiz azdır.

Hesabat dövrü ərzində qeyd olunan nəqliyyatla Azərbaycandan 104 milyon ABŞ dolları dəyərində 164,2 min ton yük ixrac olunub ki, bu da illik müqayisədə dəyər ifadəsində 24,1 milyon ABŞ dolları, yəni 30% çox, həcm baxımından isə 99,1 min ton, yəni 2,5 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə Azərbaycana dəniz nəqliyyatı vasitəsilə 1,632 milyard ABŞ dolları dəyərində 1,533 milyon ton yük idxal olunub. Bu, 2024-cü ilin ilk doqquz ayı ilə müqayisədə dəyər ifadəsində 154 milyon ABŞ dolları, yəni 8,6% az, həcm baxımında isə 533 min ton, yəni 25,8% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti