...

Yasamalda güllələnən şəxslərin vəziyyəti AÇIQLANDI

Cəmiyyət Materials 16 Oktyabr 2025 11:25 (UTC +04:00)
Yasamalda güllələnən şəxslərin vəziyyəti AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

16.10.2025-ci il tarixində saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü 2 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

"Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir",- deyə TƏBİB-dən qeyd edilib.

Qeyd edək ki, Bakının Yasamal rayonu ərazisində gecə saatlarında silahlı insident baş verib. Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti