...

Azərbaycan və Özbəkistan xəzinədarlıq sahəsində əməkdaşlıq memorandumu imzalayıb

İqtisadiyyat Materials 16 Oktyabr 2025 12:25 (UTC +04:00)
Azərbaycan və Özbəkistan xəzinədarlıq sahəsində əməkdaşlıq memorandumu imzalayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti Komitəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin nümayəndə heyəti 13-16 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən PEMPAL Xəzinədarlıq üzrə Təcrübə Birliyinin (TCOP) illik plenar iclasında iştirak edib.

İclasın açılışında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru, PEMPAL TCOP İcra Komitəsinin hazırkı sədri Nazim Qasımzadə tədbirin məqsədləri, regional əməkdaşlığın əhəmiyyəti və xəzinədarlıq sistemlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran məqsədlər barədə məlumat verib.

Tədbir çərçivəsində iştirakçıların gündəliyə uyğun olaraq müxtəlif mövzuları əhatə edən təqdimatları dinlənilib, ekspertlərin iştirakı ilə müxtəlif ölkələrin qabaqcıl təcrübələri, beynəlxalq təşkilatların yanaşmaları və gələcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.

Dövlət Xəzinədarlıq Agentliyinin əməkdaşlarının Azərbaycanın dövlət maliyyəsinin rəqəmsallaşdırılması mövzusunda etdikləri təqdimatda ölkəmizdə xəzinədarlığın rəqəmsal transformasiyası, inteqrasiya olunmuş maliyyə idarəetmə sistemlərinin inkişafı, süni intellektin tətbiqi və innovativ həllərin maliyyə idarəçiliyinə gətirdiyi üstünlüklərdən bəhs olunub.

Qeyd edilib ki, sonda Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti Komitəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti