...

Azərbaycana gətirilən elektromobillərin sayı azalıb

İqtisadiyyat Materials 16 Oktyabr 2025 10:43 (UTC +04:00)
Azərbaycana gətirilən elektromobillərin sayı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-asentyabr aylarında Azərbaycana xaricdən 1 559 elektromobil gətirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu sayda elektromobillərin idxalının dəyəri 44,210 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 686 ədəd və ya 30,5%, dəyər ifadəsi ilə isə 40,410 milyon ABŞ dolları və ya 45,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 85 257ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 1,605 milyard ABŞ dolları olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 18 972 ədəd və ya 28,6%, dəyər ifadəsi ilə 336,585 milyon ABŞ dolları, yaxud da 26,5% artıb.

Dövr ərzində ölkəyə 68,977 milyon ABŞ dolları dəyərində 652 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,432 milyard ABŞ dolları dəyərində 78 205 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti