...

Yaxın dörd ildə təhsil xərclərinin 6 milyard manata yaxınşalacağı proqnozlaşdırılır

İqtisadiyyat Materials 16 Oktyabr 2025 09:49 (UTC +04:00)
Yaxın dörd ildə təhsil xərclərinin 6 milyard manata yaxınşalacağı proqnozlaşdırılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq təhsil xərcləri 120 faiz icra edilməklə 2,473 milyard milyon manat təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin dövlət büdcəsinin parametrləri üzrə büdcə xərclərinin proqram təsnifatının “Təhsil” sektorunda 10 proqramın həyata keçirilməsi üçün 5,016 milyard manat sərf ediləcək. “Təhsil” sektoru üzrə 2026-cı il üçün proqnozlaşdırılmış 5,016 milyard manatın 4,954 milyard manatı “4.Keyfiyyətli təhsil” DİM-i iləbirbaşa əlaqəli olub, 62,1milyon manat məbləğ isə müxtəlif sektorlar üzrə insan kapitalının inkişafı və peşəkar fəaliyyətinin stimullaşdırılması və digər tədbirlərə aiddir.

Eyni zamanda 2027 və 2028-ci illər üzrə təhsil xərclərinin 5,335 milyard manat, 2029-cu ildə isə 5,713 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Nəticə etibarilə təhsil xərcləri 2026-cı il üzrə proqnozlaşdırılan göstərici ilə müqayisədə 2029-cu ildə 13,9% artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti