...

2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçü planlaşdırılır - Emin Hüseynov

Cəmiyyət Materials 16 Oktyabr 2025 11:23 (UTC +04:00)
2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçü planlaşdırılır - Emin Hüseynov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Gələn il daha 300 ailə Ağdam şəhərində tikintisi başa çatacaq ikinci yaşayış məntəqəsinə köçürüləcək.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Ağdam şəhərində dördüncü və beşinci yaşayış massivlərində tikinti işləri gedir:

“Layihələrin gələn ilin yaz aylarından başlayaraq yaya qədər bitməsi planlaşdırılır. Bu massivlərə isə 2 mindən çox ailənin köçürülməsi planlaşdırılır”.

E.Hüseynov onu da qeyd edib ki, bu ilin sonuna qədər üçüncü, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış massivində tikinti işlərinə başlanılacaq:

“Ümumilikdə 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçü təmin ediləcəyi planlaşdırılır”.

Xəbər lenti

Xəbər lenti