Xankəndi.Trend:
2050-ci ilə qədər dünya əhalisinin 68 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Azərbaycanın Abşeron yarımadası da imkanların çoxluğu səbəbindən əhalini cəlb edir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regionlararası Məsləhətçisi Katya Şefer Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.
O bildirib ki, bu potensialı regionlara da yaymaq lazımdır. Bakının kənarlarında torpaq, su və tullantı problemləri yaranır və bunlar insanların sağlamlığına təsir edir. Bu səbəbdən şəhər və ətraf ərazilərin inteqrasiyası vacibdir.
"Azərbaycanın urbanizasiya siyasəti çərçivəsində, Sumqayıt, Gəncə və Şəmkir kimi şəhərlər mühüm rol oynayır. Bu şəhərlərin funksional rolu və inkişaf istiqamətləri müəyyən edilməlidir", - deyə o bildirib.