...

Kanadanın şəhərləri su altında qalacaq - Alimlərdən qorxunc proqnoz

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 09:23 (UTC +04:00)
Kanadanın şəhərləri su altında qalacaq - Alimlərdən qorxunc proqnoz
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Okean səviyyəsinin durmadan artması 2100-cü ildən sonra sahilyanı şəhərlərin tamamilə su altında qalması ilə nəticələnə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir nəticəyə Makgil Universitetinin (Kanada) alimləri gəlib.

Onların təxminlərinə əsasən, dəniz səviyyəsinin yarım metr qalxacağı təqdirdə Afrika, Cənub-Şərqi Asiya , Cənubi və Mərkəzi Amerikada 3 milyondan çox bina dağılma təhlükəsi ilə üzləşəcək. Suyun 5 metrə qədər qalxacağı təqdirdə isə - 45 milyon bina, 20 metr yüksələcəyi halda isə 136 milyondan çox bina məhv ola bilər.

Alimlərin qeyd etdiyinə görə, dəniz səviyyəsi yarım metr qalxarsa, 2150-ci ilə qədər sahilboyu binaların və yolların itirilməsi qaçılmaz olacaq. Məlumatına əsasən, sahil boyunca yerləşən 20 meqapolisdən 7-si artıq eroziya ilə üzləşir və sahil daşqınlarına məruz qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti