...

"YouTube" servislərinin işində fasilə yaranıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 05:12 (UTC +04:00)
"YouTube" servislərinin işində fasilə yaranıb

Bakı. Trend:

“YouTube” servisinin fəaliyyətində fasilə yaranıb.

Trend-in məlumatına görə, bu barədə "Downdetector" portalında məlumat verilib.

Bildirilib ki, 342 mindən çox insan YouTube, YouTube Music və YouTube TV-yə daxil olmaq problemindən şikayətlənib.

İstifadəçilərin 55 faizi videonun oxudulmasında problem olduğunu, 33 faizi tətbiqdə nasazlıq olduğunu, 12 faizi isə servislərin internet saytında problem olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti