...

Şuşa və Füzulidə Dövlət Peşə Təhsili Mərkəzlərinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

Cəmiyyət Materials 16 Oktyabr 2025 13:48 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Həyata keçirilən Böyük Qayıdış proqramı və eyni zamanda “Sosial-İqtisadi İnkişaf Strategiyası” çərçivəsində qarşıya qoyulmuş öhdəliklərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə və digər regionlarda yeni peşə təhsili müəssisələrinin yaradılması istiqamətində işlər aparılır.

Trend xəbər verir ki, bu fikri bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən qısamüddətli təlimləri uğurla başa vuran məzunların təltifolunma mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov səsləndirib.

O qeyd edib ki, 2026-cı ilə qədər Şuşa və Füzulidə Dövlət Peşə Təhsili Mərkəzlərinin tikilərək istifadəyə verilməsi və bu müəssisələrdə kadr hazırlığının təşkili nəzərdə tutulur:

“Bununla yanaşı, ölkənin digər bölgələrində də mövcud peşə təhsil infrastrukturunun əsaslı və cari təmiri, həmçinin yenidən qurulması istiqamətində işlər görülür”.

O vurğulayıb ki, 2026-cı ilin sonuna qədər peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır: “Strateji hədəfimiz 28 min əlavə şəxsin peşə təhsilinə – ilkin peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə cəlb edilməsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti