...

İl sonunadək Xocavəndə 1300-1500 ailənin qayıdışı gözlənilir

Gündəm Materials 16 Oktyabr 2025 11:28 (UTC +04:00)
İl sonunadək Xocavəndə 1300-1500 ailənin qayıdışı gözlənilir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi.Trend:

Bu ilin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçü planlaşdırılır.

Trend xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, bu proses 2026-cı ilə qədər davam edəcək:

“Digər layihələr üzrə işlər də tam sürətlə davam edir. Ümid edirik ki, 2026-cı ilə qədər Dövlər Proqramında qarşıya qoyulmuş bütün hədəflər reallaşdırılacaq”.

Xəbər lenti

Xəbər lenti