Xankəndi.Trend:
Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında ümumilikdə 1 700-dən çox ailə yeni mənzillərə köçürülüb.
Trend xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Azərbaycan Dövlət Mənzil İnşaat Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı bildirib.
F.Qurbanlının sözlərinə görə, 22 sosial obyektin tikintisinə başlanılıb, onların 16-sı artıq istifadəyə verilib:
“Bunlar 5 məktəb, 9 uşaq bağçası və 2 tibb müəssisəsidir. Agentlik ümumilikdə son 9 ildə 18 layihə icra edib, onlardan 8-i üzrə 12 min mənzil tam istifadəyə verilib. Hazırda 4 layihə üzrə tikinti, 3 layihə üzrə isə layihələndirmə davam edir”.
O deyib ki, Qarabağda həyata keçirilən mənzil layihələri Böyük Qayıdış prosesinin əsas istiqamətlərindən biridir.
“Qarabağ bölgəsində üç layihəmiz uğurla başa çatıb”, – deyə o qeyd edib.