Bakı.Trend:
Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini 38 yaşlı Ramik Quliyev saxlanılıb.
Saxlanılan şəxsdən 2 kiloqramdan artıq narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. R.Quliyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə pul müqabilində narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.