Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında "PAŞA Bank"ın öhdəliklər 8,054 milyard manat səviyyəsinə çatıb.
Trend xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bankın 2025-ci ilin birinci yarımilinin nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu göstərici 2024-cü ilin əvvəlinə nisbətən 680 milyon manat və ya 9,2% artım deməkdir: "Müştərilər qarşısında öhdəliklər 6, 814 milyard manat təşkil edib ki, bu da ümumi öhdəliklərin 84,6%-ni əhatə edir".
"Valyuta bölgüsündə müşahidə edilir ki, banklar və dövlət fondları qarşısındakı öhdəliklər isə 988,290 milyon manata çatıb ki, bu da keçən dövrə nisbətən 81,8% artım deməkdir. Burada manatla öhdəliklər 726,801 milyon manat, xarici öhdəliklər isə 261 489 min manat təşkil edib", - o vurğulayıb.
