Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada gizli hökumət əleyhinə əməliyyatlar keçirmək səlahiyyəti verdiyini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "NBC News" televiziya kanalı xəbər verib.
"Əslində iki səbəbə görə icazə verdim. Birincisi, onların məhbusları həbsxanalarından Amerika Birləşmiş Ştatlarına buraxmaları idi. Digəri isə narkotikdir. Bizə Venesueladan çoxlu sayda narkotik çatdırılır", - deyə o bildirib.
MKİ vəziyyəti şərh etməkdən imtina edib.