Bakı. Trend:
Türkiyə və Cənubi Koreyanın "Security Action for Europe" (SAFE) birgə müdafiə investisiya proqramında iştirakla bağlı müraciətləri Avropa Komissiyası (AK) tərəfindən nəzərdən keçirilir, lakin hələlik heç bir qərar verilməyib.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Tom Renye bildirib.
"Türkiyədən müraciət gəlib, daha bir müraciət isə Cənubi Koreyadan olub. Növbəti addımlara qərar verməzdən əvvəl xidmətlərimiz hazırda bu sorğuları təhlil edir", - deyə o bildirib.
O, bu cür müraciətlərə baxılması prosesini də izah edib. Əgər onlar Avropa Komissiyası tərəfindən məqbul hesab edilərsə və təsdiqlənərsə, Avropa Komissiyası müvafiq tövsiyəni Aİ Şurasına göndərəcəkdir.