Bakı. Trend:
2025-ci ilin yanvar-sentyabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 100 506 elektron arayış alınıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, bu arayışların 37 065-i pensiya, 30 463-ü müavinət və təqaüd, 22 998-i fərdi şəxsi hesab, 4 451-i ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 925-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 644-ü sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 955-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub.