...

HƏMAS tərksilah etməkdən imtina edərsə, İsrail Qəzzada döyüşləri bərpa edəcək - Nazir

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 03:27 (UTC +04:00)
HƏMAS tərksilah etməkdən imtina edərsə, İsrail Qəzzada döyüşləri bərpa edəcək - Nazir

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı tərksilah etməkdən imtina edərsə, İsrail Qəzza zolağında döyüşləri bərpa etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

"Əgər HƏMAS [Qəzza sülh sazişini] yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ ilə koordinasiyada HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq, Qəzzada reallığı dəyişdirmək və müharibənin bütün məqsədlərinə çatmaq üçün hərbi əməliyyatlara qayıdacaq", - deyə nazirin açıqlamasında bildirilib.

Bununla əlaqədar olaraq, Kats orduya Qəzzada döyüşləri bərpa etmək zərurəti yaranacağı təqdirdə "hərtərəfli fəaliyyət planı" hazırlamağı əmr edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti