Bakı.Trend:
Oktyabrın 13-ü saat 21 radələrində Bakıda piyada vurulması ilə nəticələnən qəza baş verib.
Trend xəbər verir ki, 1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi özünə məxsus "KiA Sorento" markalı avtomaşınla piyada 1968-ci il təvəllüdlü Nuralışı Gülər Xəlil qızını vurub. Hadisə nəticəsində qadın açıq-kəllə beyin travması alıb.
Yaralı oktyabrın 15-də Gömrük Hospitalında həyatını itirib.
Fakla bağlı Nizami RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.