...

Azərbaycan neft koksu və neft bitumu ixracından gəlirlərini artırıb

Energetika Materials 16 Oktyabr 2025 11:11 (UTC +04:00)
Azərbaycan neft koksu və neft bitumu ixracından gəlirlərini artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 44,7 milyon ABŞ dolları dəyərində 148,1 min ton neft koksu ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 31,3 milyon ABŞ dolları və ya 3,3 dəfə çox, həcm ifadəsində isə 10,8 min ton və ya 6,8% azdır.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracında 0,24% paya malik olub.

Eyni zamanda cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 1,1 milyon ABŞ dolları dəyərində 4,3 min ton neft bitumu ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 933 min ABŞ dolları və ya 5,8 dəfə, həcm ifadəsində isə 3,2 min ton və ya 4,1 dəfə çoxdur.

Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi ixracında 0,01% paya malik olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti