...

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri açıqlanıb

Energetika Materials 16 Oktyabr 2025 11:18 (UTC +04:00)
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 940,492 milyon kilovat saat elektrik enerjisi ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 53,836 milyon ABŞ dolları olub.

Elektrik enerjisinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 411,043 milyon kilovat saat və ya 30,4%, dəyər ifadəsi ilə 20,7 milyon ABŞ dolları, yaxud da 27,8% azalıb.

Elektrik enerjisinin ixracı cari ilin ilk doqquz ayının ixracına nisbətən 0,29%-ni, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 2,03%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti