...

Yasamalda iki nəfər güllələnib - Axtarış aparılır

Hadisə Materials 16 Oktyabr 2025 10:27 (UTC +04:00)
Yasamalda iki nəfər güllələnib - Axtarış aparılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Yasamal rayonu ərazisində gecə saatlarında silahlı insident baş verib.

Trend xəbər verir ki, hadisə nəticəsində iki nəfər güllələlənib.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti