Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 57,6 min ton mazut istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 min ton və ya 2,1 dəfə çoxdur. 2024-cü ilin eyni dövründə cəmi 26,6 min ton mazut istehsal olunmuşdu.
Bu ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 1,2 min ton təşkil edib.
Neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 4,047 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. Mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 8,5 faiz, qazoyl (dizel yanacağı) istehsalı 6,2 faiz, kerosin istehsalı isə 5,3 faiz artıb. Eyni zamanda, neft bitumu istehsalı 9,9 faiz, sürtkü yağlarının istehsalı isə 44,7 faiz azalıb.