...

Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 16 Oktyabr 2025 14:55 (UTC +04:00)
Azərbaycan Çinlə mərkəzi banklar və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşdük.

Görüşdə ikitərəfli əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə etdik və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi ilə bağlı əminliyimizi vurğuladıq. Görüşdə həmçinin hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadilələrinin keçirilməsi, həmçinin birgə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin əhəmiyyətindən danışdıq",- deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti