...

Mərkəzi Bank və Dünya Bankı Xəzinədarlığı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

İqtisadiyyat Materials 16 Oktyabr 2025 16:59 (UTC +04:00)
Mərkəzi Bank və Dünya Bankı Xəzinədarlığı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində sədrin birinci müavini Əliyar Məmmədyarovun Dünya Bankı Xəzinədarlığının Aktivlərin idarə edilməsi və məsləhət xidmətləri departamentinin direktoru Katarzina Zajdel-Kuroska ilə görüşü keçirilib.

Trend Mərkəzi Bank-a istinadən xəbər verir ki, görüş zamanı Mərkəzi Bank ilə DBX arasında mövcud əməkdaşlığın cari vəziyyəti yüksək qiymətləndirilərək ehtiyatların idarə edilməsi üzrə həyata keçirilən texniki yardım proqramları, təlimlər və seminarların nəticələrindən məmnunluq ifadə olunub.

Görüşdə həmçinin, DBX-nin Ehtiyatlar üzrə məsləhət və idarəetmə tərəfdaşlığı proqramı çərçivəsində investisiya idarəçiliyi, süni intellekt və digər aktual mövzular üzrə təlimlərin keçirilməsi, həmçinin gələcək əməkdaşlıq imkanlarının daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti