...

Maliyyə Nazirliyinin “PAŞA Bank”a yerləşdirdiyi depozitin məbləği açıqlanıb

İqtisadiyyat Materials 16 Oktyabr 2025 16:18 (UTC +04:00)
Maliyyə Nazirliyinin “PAŞA Bank”a yerləşdirdiyi depozitin məbləği açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyi tərəfindən bu ilin iyun ayının sonuna kimi “PAŞA Bank”da 372,450 milyon manat qalıq vəsait depozitə yerləşdirilib.

Trend xəbər verir ki, bunu 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfransında “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

“Bu ilin 6-cı ayının sonuna kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 372,450 milyon manat qalıq vəsait cəlb etmişik. Cəlb edilən vəsaitlər 1-3 aylıq, yəni qısamüddətlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu ilin aprel ayından etibarən vahid xəzinə hesabına sərbəst qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti