...

"Nestle" 16 min iş yerini ixtisar etməyə hazırlaşır

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 16:46 (UTC +04:00)
"Nestle" 16 min iş yerini ixtisar etməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən iri qida məhsulları istehsalçılarından “Nestle” şirkəti qarşıdakı iki ildə iri miqyaslı ixtisarlar həyata keçirməyi planlaşdırır.

Trend bu barədə Britaniya KİV-ə istinadən xəbər verir.

Şirkətin bəyanatına görə, istehsal prosesinin avtomatlaşdırılması və əməliyyat səmərəliliyinin artırılması məqsədilə “Nestle” 16 mindən çox iş yerini ixtisar etmək niyyətindədir.

İxtisarlar başlıca olaraq şirkətin ofislərində çalışan kadrlara aid olacaq (təqribən 12 min nəfər), bundan başqa, istehsalat və tədarük zənciri sahəsində 4 minə yaxın vakansiya ləğv olunacaq.

Şirkətin yeni təyin olunmuş baş icraçı direktoru Filip Navratil bildirib ki, işçilərin sayı “şəffaf şəkildə” azaldılacaq. O, sentyabr ayında korporasiyanın başına gətirilib. Bu təyinat, şirkətin əməkdaşlarından biri ilə açıqlanmayan romantik münasibətə görə aparılan araşdırmanın nəticəsində sələfi - Loren Freyxin vəzifədən azad edilməsindən sonra baş verib.

Qeyd edək ki, “Nestle” korporasiyası dünyada “Nescafe”, “Cheerios”, “KitKat” və “Rolos” kimi brendləri ilə tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti