Bakı. Trend:
Dünyaca məşhur “Armani” brendinin top-meneceri Cuzeppe Marsoççi moda evinin baş direktoru təyin oluna bilər.
Trend bu barədə İtaliya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 62 yaşlı Cuzeppe Marsoççi 20 ildən çoxdur ki, şirkətdə çalışır. O buna qədər şirkətin Amerika filialına rəhbərlik edib və daha sonra baş direktorun müavini və qlobal kommersiya direktoruna kimi karyera yüksəlişinə nail olub.
Təyinatla bağlı xəbərin bu yaxınlarda keçiriləcək direktorlar şurasının iclasında təsdiqlənəcəyi gözlənilir. Moda evinin rəsmiləri informasiyanı şərh etməkdən imtina edib.
Qeyd edək ki, “Armani” brendinin təsisçisi Corco Armani sentyabrın 4-də 91 yaşında vəfat edib.