Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, səhər yarımadanın ayrı-ayrı yerlərində
qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim
şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +18
dərəcədən +21 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə
sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 %
təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan
xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə
arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +18
dərəcədən +22 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +5
dərəcəyədək, gündüz +5 dərəcədən +9 dərəcəyədək olacaq.