...

Prezident İlham Əliyev: Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı

Siyasət Materials 16 Oktyabr 2025 15:56 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı.

Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti