Müdafiə Nazirliyinin Mərkəzi Hərbi "İstirahət evi"nin rəisi rüşvət almaqda ittiham olunur (YENİLƏNİB)

Gündəm Materials 16 Oktyabr 2025 22:05 (UTC +04:00)
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi "İstirahət evi"nin rəisi rüşvət almaqda ittiham olunur (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

xxx

19:09

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Trend xəbər verir ki, İlham Haqverdiyev barədə təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edərək, mayor İlham Haqverdiyev barəsində 2 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

xxx

18:09

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev Hərbi Prokurorluq tərəfindən saxlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, mayor Haqverdiyev korrupsiyada ittiham olunur.

"Onun barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda təqdimata məhkəmədə baxılır", - məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti