Bakı. Trend:
Xaçmaz rayonunun Nağı Oba və Kiçik Baraxum kəndləri ərazisində ağacların kəsilməsi faktı aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, fakt üzrə Xaçmaz rayonunun Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.
Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcəkdir.
Qeyd edək ki, oktyabrın 16-da yerli KİV-lərdə Xaçmaz rayonunun adıçəkilən kəndlərində ağacların kəsilməsi ilə bağlı məlumatlar yayılıb.