...

USACC ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı keçirəcək

İqtisadiyyat Materials 16 Oktyabr 2025 17:44 (UTC +04:00)
USACC ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı keçirəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Amerika-Azərbaycan Ticarət Palatası (United States-Azerbaijan Chamber of Commerce, USACC) Palatanın 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransını keçirəcək.

Bu barədə Trend USACC-a istinadən xəbər verir.

Dekabrın 9-da keçirilməsi planlaşdırılan konfransda ABŞ və Azərbaycanın dövlət rəsmiləri, biznes liderləri, investorlar və maliyyə sektorunun nümayəndələri iştirak edəcək və iqtisadi əməkdaşlığın növbəti mərhələsi müzakirə olunacaq.

30 illiyini qeyd edən USACC bu tədbiri əldə olunan nailiyyətləri ümumiləşdirmək, mövcud tendensiyaları qiymətləndirmək və ikitərəfli ticarət, investisiya və innovasiyaların gücləndirilməsinə yönəlmiş gələcəyə baxış gündəliyini formalaşdırmaq üçün vaxtında yaranmış bir imkan kimi dəyərləndirir.

1995-ci ildə yaradıldığı vaxtdan USACC iki ölkə arasında kommersiya, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün aparıcı platforma rolunu oynayır.

Otuz illik fəaliyyəti ərzində USACC dövlət və özəl sektorlar arasında dialoqun təşviqində, ticarətin stimullaşdırılmasında, biznesin şaxələndirilməsində və ABŞ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti