...

Prezident İlham Əliyevin Roş-Ha-Şana təbriki Azərbaycan və İsrail xalqları arasında dərin etimadın və tarixi bağın rəmzidir - İsrailli professor

Cəmiyyət Materials 16 Oktyabr 2025 17:07 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin ölkəsinin yəhudi icmasına ünvanladığı Roş-Ha-Şana təbriki Azərbaycan-İsrail dostluğunun emosional və mənəvi əsasını təşkil edir. Sözügedən təbrik iki ölkə xalqı arasında dərin etimadın və tarixi bağın rəmzidir. Bu xoşməramlılıq ruhu sayəsində Azərbaycan bütün Yaxın Şərqdə dinlərarası anlaşmanın və sülh mədəniyyətinin nadir nümunəsinə çevrilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar bu barədə Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.

Bildirilib ki, “Prezident İlham Əliyevin Roş-Ha-Şana təbriki Azərbaycanın mənəvi prinsiplərini və İsraillə dostluğunu əks etdirir” başlıqlı məqalədə sözügedən addım Azərbaycanın dövlət fəlsəfəsini və mənəvi dəyərlərini özündə cəmləşdirən diplomatik jest kimi qiymətləndirilib.

Zaman-zaman müxtəlif qarşıdurma və münaqişələrin müşahidə olunduğu bölgədə ölkəmizi “harmoniya və multikultural birgəyaşayışın adası” adlandıran müəllif əsrlər boyu Azərbaycanda müsəlmanlar, yəhudilər və xristianların birlikdə, qarşılıqlı hörmət, dostluq şəraitində yaşadığını, yəhudi icmasının Azərbaycan xalqının ayrılmaz hissəsi olduğu vurğulayıb. İsraildən kənarda yeganə sırf yəhudi yaşayış məntəqəsi olan Qubadakı Qırmızı Qəsəbəni sözügedən harmoniyanın ən bariz rəmzi kimi səciyyələndirib.

Prezident İlham Əliyevin təbriki Azərbaycanın tolerantlığa və birgəyaşayışa sadiqliyinin növbəti təsdiqi kimi xarakterizə olunub. “İsrail tərəfdən səmimiyyətlə bəyan edə bilərəm: xalqlarımız arasındakı münasibətlər təkcə siyasətə deyil, həm də dəyərlərə, vicdana və mənəvi yaxınlığa əsaslanır. Qoy bu dostluq gələcək nəsilləri ruhlandırsın və Azərbaycan ilə İsrail arasında sülhün, qarşılıqlı hörmətin yeni fəsillərini açsın” – deyə israilli professor əlavə edib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: http://thej.ca/2025/10/08/president-aliyevs-rosh-hashanah-greetings-reflect-azerbaijans-moral-core-and-friendship-with-israel/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti