Bakı. Trend:
Çinin “Çancen” (“Böyük yürüş”) seriyalı daşıyıcı raketinin 600-cü buraxılışında bir qrup internet peyki orbitə çıxarılıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, raketin buraxılışı Haynan adasındakı özəl kosmodromdan baş tutub.
Raket “China Satellite Network Group” şirkətinin peyklərini planlaşdırılan orbitə çatdırıb.
Ölkənin əsas daşıyıcı raketi olan "Çancen" ilə indiyədək orbitə təxminən 1400 kosmik aparat çıxarıb. “Çancen” seriyasından raketlər Çinin kosmik buraxılışlarının 86 faizindən çoxunu həyata keçirib.