...

Azərbaycan ən çox bu ölkələrdən məhsul idxal edib

İqtisadiyyat Materials 16 Oktyabr 2025 12:53 (UTC +04:00)
Azərbaycan ən çox bu ölkələrdən məhsul idxal edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan aparıcı ticarət tərəfdaşları ilə fəal əməkdaşlığını davam etdirərək beş ölkədən idxal həcmini artırıb.

Trend Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ən çox Çindən mal idxal edir. Bu ölkədən doqquz ay ərzində təxminən 3,329 milyard ABŞ dolları dəyərində məhsul gətirilib.

İkinci yerdə qərarlaşan Rusiyadan 2,775 milyard dollar məbləğində mal idxal olunub. Azərbaycana idxal həcminə görə isə siyahıda üçüncü yerdə Türkiyə gəlir. Bu ölkə Azərbaycana 1,756 milyard dollar dəyərində məhsul ixrac edib. Dördüncü yeri ABŞ tutur, idxal həcmi 714,3 milyon dollar təşkil edir. İlk beşliyi ölkəmiziə 859,4 dollar dəyərində mal ixrac etmiş Böyük Britaniya tamamlayır.

Ötən ilin eyni dövrü ilə müqayisədə, bu ölkələrdən idxal artıb. Belə ki, Çindən idxal 688 milyon dollar artıb ki, bu 26,1 faiz artım anlamına gəlir. Rusiya Azərbaycana ixracı 135 milyon dollar (5,1%), Türkiyə isə 54 milyon dollar (3,2%) artırıb. ABŞ və Böyük Britaniyadan Azərbaycana ixracda da əhəmiyyətli artım müşahidə olunub - müvafiq olaraq 103 milyon və 519 milyon dollar artım . Xüsusilə ötən illə müqayisədə Böyük Britaniyadan idxal nəzərəçarpan şəkildə - az qala dörd dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti