...

BMT Məskunlaşma Proqramının rəhbəri Azərbaycana təşəkkür edib

Siyasət Materials 16 Oktyabr 2025 14:23 (UTC +04:00)
BMT Məskunlaşma Proqramının rəhbəri Azərbaycana təşəkkür edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (BMT-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumuna (WUF13) verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Trend xəbər verir ki, icraçı direktor bu barədə rəsmi "X" hesabında paylaşım edib.

“Mənim üçün Prezident İlham Əliyevlə görüşüb şəhərsalma inkişafının prioritetlərini müzakirə etmək böyük şərəf idi. Azərbaycanın Üçüncü Milli Şəhərlər Forumunun (NUFA3) hansı şəkildə keçirilməsi məni həqiqətən təsirləndirdi.Həmçinin, may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq prosesində göstərilən fəal dəstəyə görə hökumətə təşəkkürümü bildirirəm. Əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”,- deyə Anaklaudiya Rossbax yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti