Bakı. Trend:
Yelo Bank sahibkarların gündəlik işini asanlaşdırmaq və onlara
innovativ bankçılıq həlləri təqdim etmək məqsədilə Yelo Business
App-i davamlı olaraq inkişaf etdirir. Artıq vergi və gömrük
ödənişlərini heç bir əlavə vaxt sərf etmədən, birbaşa tətbiq
vasitəsilə həyata keçirmək mümkündür. Biznes sahibləri ofisdən
çıxmadan, yalnız bir neçə toxunuşla xərclərini sürətli idarə edə
bilirlər.
Yelo Business App-in imkanları bununla məhdudlaşmır. İstifadəçilər
tətbiq vasitəsilə:
- Kredit ödənişi
- Fiziki şəxslər üçün onlayn hesab açılması
- Mobil POS sifariş edilməsi
- Vergi və gömrük ödənişləri
- Şəxsi hesablar arası köçürmələr
- Bankdaxili köçürmələr
- Ölkədaxili köçürmələr
- Büdcə ödənişləri
- ƏDV ödənişləri
- Sərəncamlara baxış
- Rekvizitlərin əldə edilməsi
- Hesab çıxarışlarının izlənilməsi
kimi əməliyyatları da sürətli, təhlükəsiz və rahat şəkildə
həyata keçirə bilirlər. Yelo Bank-ın əsas məqsədi sahibkarların
vaxtına qənaət etmək, onların biznes proseslərini daha çevik və
effektiv idarə etməsinə dəstək olmaqdır. Siz də Yelo Business App-i
yükləyin, biznesinizi daha rahat idarə edin: https://bit.ly/4qdWxya.
Bank xidmətləri, eləcə də kicik biznes
krediti haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman
981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!