...

"PAŞA Bank"ın aktivləri 9% artıb

Maliyyə Materials 16 Oktyabr 2025 14:54 (UTC +04:00)
"PAŞA Bank"ın aktivləri 9% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 6 ayı ərzində "PAŞA Bank"ın cəmi aktivləri 8,986 milyard manat təşkil edib.

Trend xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bankın 2025-ci ilin birinci yarımilinin nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankın aktivləri 8,9% artıb.

"Bu ilin altı ayında "PAŞA Bank"ın kredit portfeli 3,441 milyard manat təşkil edib. Bankın kreditlərinin 43,1 faizi ticarət və xidmətlər, 13,7 faizi fiziki şəxslər, 12,3 faizi nəqliyyat və telekommunikasiya, 9,7 faizi enerji, 8,1 faizi isə istehsal sahəsinə yönəldilib. Digər sahələrin, o cümlədən tikinti, kənd təsərrüfatı və BOKT-ların payı ümumilikdə 13 faiz civarındadır", - o bildirib.

M. Süleymanov əlavə edib ki, müştərilərə verilmiş kreditlərin bankın ümumi aktivlərindəki payı 37,1 faiz olub ki, bu da 2024-cü ilin sonundakı 40,8 faizlə müqayisədə azalma deməkdir. Valyuta bölgüsünə görə, kreditlərin 2 milyard 195,8 milyon manatı manatla, 1 milyard 244,9 milyon manatı isə xarici valyutada verilib. Xarici valyutada verilən kreditlərin payı 4,2 faiz azalıb.

"Fond vasitəsilə verilən kreditlərin ümumi həcmi 407,4 milyon manat olub. Bunun 237,8 milyon manatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə, 161,6 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ayrılıb.Kredit portfelinin keyfiyyət göstəricilərinə görə, kreditlərin 53,5 faizi 1-ci mərhələdə (yüksək keyfiyyətli), 12,8 faizi 2-ci mərhələdə, 4,5 faizi isə 3-cü mərhələdə (riskli kateqoriyada) qərarlaşıb", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti