...

Yunanıstanda qalmaqallı "13 saatlıq iş günü" haqda qanun qəbul olunub

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 19:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanda həmkarlar ittifaqlarının və müxalifətdən olan partiyaların etirazlarına baxmayaraq, parlamentdə 13 saatlıq iş günü haqqında qanun səs çoxluğu ilə qəbul olunub.

Trend bu barədə Yunanıstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyinin “Hamı üçün ədalətli əmək” adlı qanun layihəsi üzrə keçirilən səsvermədə hakim “Yeni Demokratiya” partiyasından 156 və müstəqil 2 deputat lehinə səs verib (ölkənin birpalatalı parlamentində ümumilikdə 300 deputat var-red).

Qanun layihəsinin əleyhinə 109 müxalifət partiyasının deputatı səs verib, “Radikal Solçu Qüvvələrin Koalisiyası – İrəliləyiş Alyansı” partiyasının nümayəndələri isə bitərəf qalıb.

Qeyd edək ki, Yunanıstanda böyük rezonans doğurmuş qanun layihəsinin müzakirəsi son aylarda həmkarlar ittifaqları və müxalif fəallıarın etiraz aksiyaları ilə müşayiət olunurdu. Etirazçılar bu qanunu “orta əsrlərə aid əmək” kimi qələmə verir, həftədə 5 gün, gündə 7 saat iş rejimi və əməkhaqlarının artırılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti