Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Prezident Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi yaradılıb.
Trend xəbər verir ki, müvafiq fərman oktyabrın 16-da “Resmi Gazete”də dərc olunub.
Yeni idarənin əsas vəzifələrinə təbii fəlakətlər və fövqəladə hallar, mülki müdafiə, səfərbərlik və hərbi vəziyyətə hazırlıqla bağlı tədbirlərin idarə olunması və koordinasiya edilməsi daxildir.
Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi Prezident Administrasiyasını, eləcə də təbii fəlakətlər və fövqəladə hallar üzrə idarəetmə mərkəzlərini müvafiq məlumatlarla təmin edəcək, həmçinin nazirlərin tapşırıqlarını icra edəcək.