...

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb

Hadisə Materials 16 Oktyabr 2025 20:25 (UTC +04:00)
Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.

Trend xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.

Bildirilir ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti